Qazaxıstanda daha 1 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Komissiyasının Operativ Qərargahı məlumat yayıb.
Hadisə Şərqi Qazaxıstan əyalətində qeydə alınıb: “Ölən pasiyent 1979-cu ildə anadan olub. Bununla da pandemiya qurbanlarının sayı 11-ə çatıb”.
Məlumata görə, ölkədə 972 nəfər virusa yoluxub.