İngiltərənin “Arsenal” klubunun futbolçuları koronavirus pandemiyasına görə məvaciblərinin azaldılmasına razı olmayıb.
Unikal.org xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb. “Arsenal” rəhbərliyi koronavirusa görə yaranacaq maliyyə böhranını minimuma endirmək istəyir.
London klubunun rəhbərliyi bu səbəbdən futbolçulardan məvaciblərinin 2020-ci ilin aprelindən 2021-ci ilin martına qədər olan müddətdə 12,5 faiz azaldılmasını istəyib. Ancaq başda Hektor Belyerin olmaqla, bir neçə futbolçu çox pul itirəcəklərini düşünərək, bu təklifi rədd edib.