Rusiyanın tanınmış müğənnisi Stas Mixaylov koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bunu Ru siya İstehlakçılarının Hüquqlarını Müdafiə və Nəzarət üzrə Federal Xidmət də təsdiqləyib.

“Belə xəstəliklə üzləşəcəyimi heç vaxt təsəvvür də etməzdim. Ancaq, təəssüflər olsun ki, həqiqətdir. Federal Xidmət mənim, doğrudan da, koronavirusa yoluxduğumu təsdiqləyib”, - S.Mixaylov "Instagram" səhifəsində yazıb.