Samsun şəhərində 15 ildir mərmər kimi çalışan Tarık Gündüz maraqlı üsulla insanları evdə qalmağa çağırıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, hazırladığı məzar daşının üzərinə "Evdə qalın, bizə iş çıxarmayın!" sözlərini yazıb. Bu məzar daşı görənləri təəccübləndirib.

Bəzi insanlar onun fotosunu çəkərək sosial şəbəkədə paylaşıb və insanları evdə qalmağa səsləyiblər. 

Məsələ ilə bağlı açıqlama verən Tarık Gündüz "Vətəndaşlarımız "evdə qal" çağırışına əməl etməlidirlər. Əgərə qaydalara əməl olunmazsa, onların sonu ölüm olacaq. Biz də buna diqqət çəkmək istədik" sözlərini deyib.