Türkiyə Azərbaycanın bayraq jestinə qarşılıq verib.

Unikal.org xəbər verir ki, paytaxt Ankarada yerləşən Atakule qülləsi bu gün Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunmuşdu.