Koronavirus (COVID-19) epidemiyasının ən təsirli olduğu ölkələr siyahısında birinci yeri tutan ABŞ-da xəstəlik və ölüm hallarının sayı günü-gündən artır.
Unikal.org xəbər verir ki, ABŞ-da koronavirus epidemiyasında ölənlərin sayı 23 min 644-ə yüksəlib.
Johns Hopkins Universitetinin paylaşdığı son məlumatlara görə, ölkədə virusa yoluxanların sayı 587 min 155, həyat itkisi isə 23 min 644-ə çatıb.