Donald Tramp, Ağ Evdəki “COVID-19” Task Qrupunun təşkil etdiyi gündəlik mətbuat konfransında nitq söyləyib.
Unikal.org ABŞ KİV-ə istinadən məlumat verir ki, “Etdiyim hər şey doğru idi” deyən ABŞ prezidenti Donald Tramp, yeni növ koronavirus (COVID-19) xəstəliyində gecikmə hərəkətləri ilə bağlı iddiaları təkzib edib.
Ölkədə aparılan sınaqların ümumi sayının 3 milyonu keçdiyini bildirən Tramp, gündəlik sınaq qabiliyyətlərinin təxminən 150 min olduğunu bildirib.
Virusun qaynar nöqtələrində Nyu-York, Nyu-Jersey, Louisina və Michigan ştatlarında xəstəxanaya yerləşdirmə sayının azaldığını qeyd edən Tramp, “Ölkədə qrafik artımını azaltdıq. Sabitliyə nail olundu” deyə qiymətləndirmə aparıb.