Yeni növ koronavairus (Kovid-19) epidemiyasının mərkəzinə çevrilən ABŞ-da film səhnələrini xatırladan bir hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki,  Florida ştatının Yupiter şəhərində yaşayan və həyat yoldaşını öldürməkdə günahlandırılan David Anthony, həyat yoldaşı Gretchenin (51) koronavirusdan öldüyünü iddia edib.

Lakin, qonşuların şikayətlərini əsasında polis qrupları qısa müddətdə həqiqəti ortaya qoyub. 

Hadisə ilə əlaqədar polis tərəfindən istintaq işləri aparılıb. Baş verən ölümün səbəbinin qətl olduğunu və əri tərəfindən törədildiyi açıqlanıb. 

Belə ki, həyat yoldaşını öldürən  51 yaşlı David Anthony həbs olunaraq, barəsində cinayət işi açılıb.