Nigeriyanın şimal-qərbində, Qərbi Afrikada silahlı hücum nəticəsində 11 nəfər ölüb.

Unikal.org Nigeriya KİV-ə istinadən mlumat verir ki, naməlum silahlılar Katsina vilayətinin Kankara bölgəsindəki Dajin Giwa meşəsində ovçulara hücum ediblər.

Hücumda 11 ovçu həyatını itirib, çox sayda insan yaralanıb.

Digər tərəfdən Katsina əyalət polisinin sözçüsü Gambo İsah hadisəni təsdiqlədi və bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.

Bölgə zaman-zaman heyvandarlıqla məşğul olan Fulanilərlə əkinçiliklə yaşayan bəzi tayfalar arasında şiddətli qarşıdurmaların şahidi olur. Heyvanlarını otarmaq üçün ölkənin cənubuna köçən Fulani, fermerlərin heyvanlarını oğurlamağa və onlara hücum etməyə çalışdıqlarını iddia edir.