Türkiyədə koronavirus səbəbiylə çətin günlər yaşayan Sivas Cümhuriyyət Universiteti Tətbiq və Araşdırma Xəstəxanasında xoş anlar yaşanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən məlumat verir ki, Təcili Yardım şöbəsində çalışan və koronavirusla mübarizə aparan və uzun müddət sevgili olan həkim cütlük, xəstəxananın təcili yardım şöbəsinin həmkarları tərəfindən təşkil olunan bir mərasimlə nişanlanıblar.

Belə ki, həkim cütlüyün xoşbəxt günlərində həmkarları və ailələri onları tək qoymayıblar. Cütlük toy etmək üçün koronavirusun bitməsini gözlədiklərini söyləyib.