Timsahlar Meksikanın məşhur kurortlarından birində yeni bir növ koronavirus xəstəliyi səbəbiylə bağlanan çimərliyə axın ediblər.

Unikal.org xarici mətbuata istinadən məlumat verir ki,  Meksikanın Oaxaka şəhərinin eko turizm kurortu olan La Ventanilla lagoonunda çimərlikdə çox sayda timsahın olduğunu göstərən fotolar yayımlayıb.

Meksika rəsmiləri, yeni bir növ koronavirusun (Kovid-19) ayın əvvəlində yayılması səbəbiylə ölkə daxilindəki bütün çimərliklərin bağlanmasına dair əmr verib.

Dünyada, yeni növ koronavirus səbəbiylə vəhşi heyvanların şəhər mərkəzlərinə enməsi görüntüləri sosial şəbəkələrdə gündəm yaradıb.