Xəbər verdiyimiz kimi, Qax rayonunun Zəyəm kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanaraq kül olub.
Unikal.org xəbər verir ki, yanan ev tanınmış futbol hakimi, keçmiş FİFA referisi Əfqan Həmzəyevin qardaşının evidir.
O, bu barədə “Facebook”səhifəsində yazıb:
“Bu gün səhər saatlarında bizim kəndimizdəki dədə-baba evimiz tamamilə yanıb. Qardaşım və ailəsi şükür Allaha ki, sağ-salamatdırlar. Pandemiya bəlası ilə mübarizə apardığımız bu dövürdə 4 baş ailə heç bir şeysiz küçədə qalıb. Şəhərdən çıxa bilmirik ki, onların yanında olaq. Bilmirəm nə edim, çox pis olmuşam. Allah özü kömək olsun ”. .
Xatırladaq ki, Əfqan Həmzəyev 2001-ci ildən hakimlik fəaliyyətinə başlayıb. İndiyədək Premyer – Liqa oyunlarında 39 dəfə komandaları meydana çıxarıb. 2009-cu ildən çimərlik üzrə FİFA referisidir. Türkiyə, Belorusiya, Rusiya, Ukrayna və Gürcüstanda keçirilən beynəlxalq turrnirlərdə ən yaxşı hakim seçilib.