İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasına görə işçilərinin məvacibini azaltmayacaq.

Unikal.org xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Topçular” pandemiya dövründə klubda çalışan bütün işçilərin məvaciblərini ödəyəcək.

Klubdan edilən açıqlamada futbolçularla məvaciblərinin azaldılmasıyla bağlı edilən müzakirələrin davam etdiyi bildirilib.