Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Unikal.org xəbər veri ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də yazıb.

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilərə" münasibət bildirən Səudiyyə Ərəbistanı göndərilən nota vasitəsilə öz qəti mövqeyini bir daha təkrar edib: BMT və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə uyğun olaraq, Səudiyyə Ərəbistanı münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü əsasında həllini dəstəkləyir”, - deyə XİN rəsmisi qeyd edib.