Gürcüstanın paytaxtı Tbilisidəki televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Unikal.org xəbər verir ki, Gürcüstan tərəfi həmrəylik mesajı ilə koronavirusla mübarizədə Azərbaycana öz dəstəyini ifadə edib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.