İspaniya Futbol Federasiyası  La Liqa klublarının rəsmiləri ilə birlikdə iclas keçirib.

Unikal.org xəbər verir ki, sözügedən iclasda COVİD-19 epidemiyasına görə dayandırılan çempionatın bərpası mümkün olmayacağı təqdirdə, hansı komandaların avrokuboklarda iştirak edəcəyi məlum olub. Bu barədə məşhur "Marca" nəşri məlumat yayıb.

Belə ki, cari mövsüm ləğv olunsa, UEFA Çempionlar Liqası və Avropa Liqasına vəsiqələr turnir cədvəlindəki hazırkı sıralamaya əsasən veriləcək.

Bu halda lider "Barselona", həmçinin "Real Madrid", "Sevilya" və "Real Sosyedad" ÇL-də, "Atletiko" və "Hetafe" isə AL-də iştirak hüququ əldə edəcək.