“Sprut” serialındakı hakim Silviya Konti rolu ilə məşhurlaşan fransalı aktrisa Patrisiya Millarde 63 yaşında vəfat edib.
Unikal.org xəbər verir ki, aktrisa aprelin 13-də Romanın San-Kamillo hospitalında ürəktutmasından dünyasını dəyişib.
Millarde 1957-ci il martın 24-də Fransanın Mon-de-Marsan kommunasında dünyaya gəlib. O, kinoda ilk dəfə 1980-ci illərdə çəkildiyi “Siçovul qaçışı” filmi ilə debüt edib. 1990-cı ildə aktrisa İtaliyaya gəlib.
P.Millarde son altı mövsüm “Sprut” serialında çəkilib. Onun rol aldığı digər ekran əsərləri içərisində “Bum”, “Qaynar şokolad”, “Amansız ədalət” filmləri və “Elen və uşaqlar” serialı da var.