"Əgər ilkin mərhələdə xəstəlik xaricdən gətiribsə, hal-hazırda bu daxili yoluxma prosesi gedir". 

Unikal.org xəbər verir ki, bu sözləri aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclasda bildirib.

Prezident deyib: "Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyəti nəzarət altında saxlaya bilirik. Son 3-4 günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır. Bildirməliyəm ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında artıq dinamika müsbətdir. Yəni daha çox insan sağalır, nəyinki bu xəstəliyə yoluxur. Bunun başlıca səbəbi görülmüş tədbirlərdir. Mən bunu birdə demək istəyirəm. Əgər biz bunu vaxtında, qabaqlayıcı tədbirlər görməsəydik bu gün Azərbaycanda xəstələrin sayı min yox, 10-20 min, bəlkəm də çox olardı. Biz inkişaf etmiş ölkələrin təcrübəsin görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün həmişə nümunə olub. Amma demək olar ki, böyük imkanlara malik olan ölkələrin səhiyyə  sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər geniş, o qədər tez yayılır. Heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz. O cümlədən Azərbaycanın. Ona görə bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq idi. O yoluxma zəncirini qırmaq idi. Bütün görülmüş tədbirlər bu məqsədi güdürdü ki, biz az itkilərlə bu vəziyətdən çıxaq. Vətəndaşlara köməklik göstərək. Onları bu bəladan qoruyaq və sosial müdafiəsini təmin edək".

Orxan Həsənli