Mart ayında koronavorus pandemiyasına görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının matçları yerli liqalar başa çatdırıldıqdan sonra bərpa olunacaq.

Unikal.org "Sky Sport Italia"ya istinadən xəbər verir ki, oyunların 1/8 mərhələsindən etibarən avqustda bərpası nəzərdə tutulur. Avropa Liqasının 2-3 avqust, Çempionlar Liqasının 7-8 avqustdan başlayaraq keçiriləcəyi ehtimal edilir.

Oyunların üç gündən bir keçiriləcəyi bildirilir.