Bakıda əcnəbi vətəndaşın mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də əcnəbi vətəndaşın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş V.Tağıyev saxlanılıb.