Rusiyalı rejissor İvan Şoqolev koronavirus infeksiyasının qurbanı olub.

Unikal.org  xəbər verir ki, bu barədə məlumatı Rusiya Kinematoqrafçılar Birliyi yayıb.

“Peşə dövrü ərzində İvan Şoqolev bir çox şeyi edə bildi. O, kino və televiziya sahəsində çox işləyib, gələcək planlarında maraqlı layihələr var idi”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, 59 yaşlı İ.Şoqolev “Amerikalı baba”, “Demək olar ki, ailə detektivi”, “Morozova”, “Svetoçnaya küçəsində kabus” və s. filmlərin rejissoru olub.