Bakıda 45 yaşlı kişinin itkin düşməsi barədə polisə müraciət daxil olub.

Unikal.org-un xəbərinə görə, hadisə ötən ilin oktyabr ayının 24-də paytaxtın Xətai rayon, Cavadxan küçəsində qeydə alınıb.

Belə ki, Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Həsən Hüseynov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onunla eyni ünvanda kirayədə qalan B.Baxşıyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) müraciət edərək bildirib. O qeyd edib ki, H.Hüseynov evdən gedəndən sonra onun Rusiyada olduğu güman edilib, lakin orada olmadığına əmin olunub.

Faktla bağlı Nizami RPİ-nin24-cü PŞ-də araşdırma aparılır.