Koronavirusa yoluxanların sayı (COVID-19) Bəhreyndə 1973-ə, Omanda 1614-ə və Liviyada 59-a çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, 20 yeni COVID-19 yoluxmasının aşkarlanması ilə ölkədə halların sayının 973 minə yüksəldiyi qeyd edilib.
Həmçinin də, Bəhreyndə koronavirusdan bu günə qədər 7 nəfərin öldüyünü açıqlanıb.
Oman
Oman Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, ölkədə daha 106 virusun aşkarlanması ilə bu yoluxanların sayının 1614-ə yüksəldiyi bildirilib.
Açıqlamada, yeni aşkarlanan 106 yoluxmadan 35-nin Oman vətəndaşı, 71-nin isə xarici vətəndaş olduğu bildirilib.
Liviya
Liviyada Milli Xəstəliklərə Qarşı Mübarizə Mərkəzindən edilən yazılı açıqlamada, son 24 saat ərzində ölkədə görülən COVID-19 sınağının müsbət nəticəsi ilə yoluxanların ümumi sayının 59-a yüksəldiyi bildirilib.
Açıqlamada, sağalmış xəstələrin sayının 14 olduğu qeyd olunub.