Quba rayonunda intihar faktı qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəvədabanı adlanan ərazisində baş verib. Sumqayıt şəhərində qeydiyyatda olan, 1977-ci il təvəllüdlü E.Sultanova özünü kirayə qaldığı evdə asıb. O, intihardan əvvəl yaxınlarına məktub yazıb.  

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.