“Koronavirus pandemiyası dövründə ən az zərəri Azərbaycan gördü, çünki zamanında önləyici tədbirlər həyata keçirilmişdi. Amma buna baxmayaraq, karantin rejimi problemlərə səbəb oldu. Bununla belə, dövlət vətəndaşlara və sahibkarlara sahib çıxdı. Cənab Prezidentin tapşırığı ilə həm sosial problemlərin həlli ilə əlaqədar, həm də iqtisadiyyata, sahibkarlara kömək məqsədilə böyük proqramlar hazırlandı”.

Bu fikirləri Unikal.org-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Quliyev deyib. Millət vəkili bildirib ki, bir sıra vergi güzəştlərinin tətbiqi müxtəlif sahələrdə xidmət gösətərən insanlara dəstək olacaq: 
“100 il bundan öncə “İspan qripi” 50-100 milyon arasında insan tələfatına səbəb olmuşdu. Eyni qaydada karantin, məhdudlaşdırma olmuşdu, sahibkarlıq subyektləri fəaliyyətlərini dayandırmışdı. Onda ən çox tələfat Amerikada və Avropada oldu. 3 ilə yaxın müddətdə bəşəriyyət bu problemlə bacardı. Tarixdən biz dərs götürdük. Cənab Prezidentin tapşırığı ilə karantin rejimi tətbiq olundu. Məhdudlaşma mərhələ-mərhələ oldu və pandemiyanın yaratdığı digər problem iqtisadiyyatla bağıdır. Cənab Prezidentin tapşırığı ilə həm sosial problemlərin həlli ilə əlaqədar həm də iqtiyadiyyata, sahibkarlara kömək məqsədilə böyük proqramlar hazırlandı. Mən deyərdim ki, bu gün bütün ölkələrdə bu və ya digər formada köməklik göstərməyə çalışırlar. Qeyd etmək istədim ki, söhbət adambaşına düşən puldan və həmin pulun miqdarından getmir. Söhbət ondan gedir ki, ayrılan pul bütün sosial təbəqələrə və sahibkarlara kömək olsun. Bu sahibkarlara  kömək ilə əlaqədar proqramların nəticəsində bu gün  mühüm addımlar atılır. Onu da qeyd etmək istərdim ki,  bizim üçün ən dəyərli insan həyatıdır və biz  iki sual arasında qaldıqda - insan həyatı, yoxsa iqtisadiyyat? Təbii ki, biz insan həyatını seçdik, lakin iqtisadiyyatı da yaddan çıxartmadıq. Bu gün atılan addımlar sahibkarlara köməklik göstərəcək ki, onlar az itki ilə böhrandan çıxa bilsinlər”. 

Millət vəkili onu da qeyd edib ki, vergi güzəştlərinin təqbiqinin müsbət nəticələri olacaq: “Əgər sadələşdirilmiş vergi bir faizə endirilirsə, müxtəlif sahələrdə çalışanlara vergi güzəştləri edilirsə, bunlar vətəndaşın sosial durumunun yaxşılaşdırılması ilə nəticələnəcək. Mən demək istəyirəm ki, insanlar narahat olmasın. Dövlət onların yanında olacaq. Yetər ki, sahibkarlıqla məşğul olan şəxslər, istərsə də sıravi vətəndaşlarımız şəffaf münasibət göstərsinlər”.

Famil Fərhadoğlu