Bakının Xəzər rayonunda yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 120 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 40 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.