Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə, Polis Şöbəsinə gətirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.