İddialara görə, Şimali Koreya lideri Kim Çen In əməliyyat olunub və hal-hazırda komadadır. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun yaxın dostu keçmiş basketbolçu Dennis Rodman "Ümid edirəm ki, Kim Çen In-ın xəstə olduğu ilə bağlı yayıln xəbərlər şayiədir. Yəqin ki, yaxında bu barədə daha fazla məlumat əldə edərəm" sözlərini deyib.

Keçmiş məşhur basketbolçu həmçinin onun vəziyyətinin yaxşılaşması üçün hər gün dua etdiyini bildirib. Rodman həmçinin Şimali Koreya ilə ABŞ arasında görülməli olan çox işin olduğunu xatırladıb.