Rusiyada ötən gün koronavirusa yoluxanların sayı 5849 nəfər artaraq, 68622 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, yeni yoluxma halları ölkənin 85 regionunda qeydə alınıb. Ötən gün ərzində “COVID-19” xəstəliyindən 677 nəfər sağalıb, 60 xəstə vəfat edib.
Ümumilikdə, Rusiyada 615 nəfər bu xəstəliyin qurbanı olub, 5568 nəfər isə sağalıb. Gün ərzində ölənlərdən 37 nəfəri Moskva sakindir.