Çin, Guangdong, Heyuan şəhərində  qorxulu hadisə baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sahibindən qaçan camış, evinin qapısı önündə dayanan  ana və  qucağında olan körpəsinə hücum edib.  Hücum nəticəsində qadın yüngül xəsarət alıb, körpə isə hadisə zamanı xəsarət almadan qurtula bilib. 

Camışın ana və körpəsininə hücum etdiyi anlar təhlükəsizlik kamerasına əks olunub.