Hindistanda son 24 saat ərzində 680 yeni növ koronavirus (COVID-19) yoluxması aşkar edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Səhiyyə və Ailənin Rifahı Nazirliyinin paylaşdığı son məlumatlara görə, ölkə daxilində COVID-19 yoluxma hallarının sayı son 24 saatda 680 nəfər artaraq, 23 min 502-yə yüksəlib.
Bildirək ki, pandemiya səbəbindən indiyə kimi Hindistanda 722 adam həyatını itirib.
Qeyd edək ki, Martın 24-də Hindistanda elan edilən və mayın 3-dək davam etməsi planlaşdırılan komendant saatı 20 mayda qismən yüngülləşdirilməsi planlaşdırılıb.