“Bu günlərdə Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsinin yaradılması və bu şöbəyə rəhbər təyinatı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”

Bu barədə  Milli Məclisdən Unikal.org-a verilən açıqlamada deyilir.

Açıqlamada bildirilir ki, belə bir şöbə hələ  2019-cu il 19 noyabrda Milli Məclis sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. 

Xatırladaq ki, bəzi media resurslarında Milli Məclisdə  yeni şöbənin yaradılması ilə bağlı məlumatlar yayılmışdı.