İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mübarək Ramazan ayının başlanması münasibətilə İslam ölkələrin başçılarını təbrik edib.

Unikal.org xəbər verir ki, H.Ruhani dünya müsəlmanlarına sülh və əmin-amanlıq diləyərək, Ramazan ayında hər kəsin arzusunun həyata keçməsini diləyib. Vurğulanıb ki, İslam dəyərləri cəmiyyətdə mənəviyyatı daha da gücləndirir və xalqların əlaqələrinin möhkəmlənməsinə şərait yaradır.

Prezident H.Ruhani dünyanı bürüyən COVID-19 virusuna qarşı mübarizədə birgə addımların atılmasını zəruri hesab edib və nəzərə çatdırıb ki, bu təhlükəni yalnız birliklə, faydalı əməkdaşlıqla aradan qaldırmaq olar.

İran Prezidenti müsəlman dövlətlərinin başçılarının oruc və ibadətlərinin Allah tərəfindən qəbul edilməsini diləyib, insanlara firavanlıq arzu edib.