İraqın Haftanin bölgəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus hərbçilər terrorçular tərəfindən atəşə tutulub.
Unikal.org Türkiyə Müdafiə Naziriyinə istinadən xəbər verir ki, 1 türk hrbçisi şəhid olub, 3-ü yaralanıb.
Haftani bölgəsində təsbit edilən separatçı terror təşkilatı PKK-nın 12 üzvü kəşfiyyat və nəzarət yolu ilə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız davam edir.