Böyük Britaniyada koronavirus qurbanlarının sayı durmadan artır.

Unikal.org xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bir gün ərzində daha 813 nəfər artıb.

Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 20 319 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 913 nəfər artaraq 148 377 nəfərə çatıb.