Son 24 saat ərzində Çində 2-si xaricdən gələn cəmi 3 koronavirusa yoluxma halı aşka edilib və COVID-19-a görə həyat itkisi baş verməyib. 

Unikal.org Çin KİV-ə istinadən xəbər verir ki, Çin Milli Sağlamlıq Komissiyasının yazılı açıqlamasına görə, indiyə kimi ölkənin şimal-şərq bölgəsindəki əraziləridə daxil olmaqla koronavirusa yoluxan insanların sayı 82 min 830-a yüksəlib. 

Pandemiyanın mərkəzi olan Çində,  bu günə virus səbəbiylə 4 min 633 adam ölüb,  77 min 474 adam virusa qalib gələrək tam sağalıb.