Almaniyada fəaliyyət göstərən nəhəng avtomobil istehsalçısı “Volkswagen Group” (VW) bu gün Volfsburqdakı ən böyük fabrikində istehsalına başlayıb.

Unikal.org xəbər verir ki, “Volkswagen Group” tərəfindən edilən açıqlamada,  koronavirus pandemiyası ilə əlaqədar  istehsalın verildiyi fasilədən sonra yenidən başlayan işlərdə ilk mərhələdə şirkətin “Golf”markasını istehsal edəcəyi bildirilib.

Açıqlamaya görə, golf istehsalı yüzdə 10 və yüzdə 15 ilə başlayacaq, addım-addım artırılacaq və bir neçə həftədən sonra istehsal gücü 40 faiz artırılacaq.

Bu çərçivədə, bazar ertəsi günündən bəri cəmi 8 min “Volkswagen” işçisinin işə başlandığı və “Golf” modelindən sonra “VW Tiguan” və “Touran” modellərinin istehsalına başlanacağı bildirilib. 

Həmçinin də,  “Volkswagen” Qrup İdarə Heyətinin üzvü Andreas Tostmann, “Həftələrarası fasilədən sonra Avropanın ən böyük avtomobil zavodunda istehsalın yenidən başlanması işçilərimiz, satıcılarımız, ehtiyat hissələri istehsalçıları, Almaniya iqtisadiyyatı və Avropa üçün vacib bir simvol yaratdı” deyə qeyd edib.