Çinin Uhan şəhərində meydana gələn koronavirus bütün dünyada təsirini davam etdirir. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus sürətlə can almağa və yoluxmağa davam edərkən, İngiltərədəki epidemiya ilə əlaqədar uşaqlar arasında yayılmağa başlanan  bir çox bədən nahiyəsində iltihabı halları böyük narahatlıq doğurub.

Epidemiyanın ən çox təsir olduğu ölkələrdən biri İngiltərədəki Milli Səhiyyə Sistemindən (NHS)bununla bağlı açıqlama verib.

Açıqlamada,“Covid-19 səbəbiylə uşaqlar arasında yayılan qızdırma ilə əlaqəli sindromlar artıb. Son 3 həftədəki diqqətəlayiq artım, xüsusilə Londonda, reanimasiyada müalicə tələb edir.Uşaqlarda bu hallarda şiddətli qarın ağrısı, həzm sistemində problemlər, dil və dəri döküntüsü, şişkinlik və nəfəs almaqda çətinliklər kimi simptomlar izah edilir” deyə bildirib.

NHS-in xəbərdarlığı bu vəziyyətdən nə qədər uşağın təsirləndiyini sayını qeyd etməsə də  bu kimi  hallarda mənfi korona testlərinin olduğu bildirilib.