Günlərdir əməliyyat olunduğu və ya hətta öldüyü xəbərləri ilə gündəmdə olan Şimali Koreya lideri Kim Çen Inla bağlı yeni bir iddia ortaya atılıb. 

Unikal.org xəbər verir ki, Keçmiş İşçi Partiyasının rəsmisi Lee Jeong Ho Cənubi Koreyadakı bir qəzetə bildirib ki, Kim Çen Inın raket sınağı zamanı xəsarət alıb  və xəstəxanaya yerləşdirilərək müalicə altında oluğunu qeyd edib. 

Aprelin 14-də həyata keçirilən raket sınağı zamanı xəsarət aldığı üçün əməliyyat keçirdiyini bildirən, Ho, Şimali Koreya lideri Kim Çen Inın  bu səbəbdən ortada görünməməsi və  digər iddiaların meydana gəlməsinə səbəb olduğunu vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya mediası hələ də Kim Çen Inın səhhəti ilə bağlı aktual məlumat verməyib.