Mərkəzi Amerika El Salvador ölkəsinin paytaxtı San Salvadorun şimal-qərbində yerləşən dəstə üzvlərinin olduğu İzalko həbsxanasında məhkumlara verilən hökm dünyada rezonans doğurub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, El Savador prezidenti Nayib Bukele, ölkədə  bir gündə 22 cinayətdən sonra maksimum fövqəladə vəziyyət elan edərək, məhkumlar üçün 24 saatlıq bir həbs cəzası qərarı verib.

Belə ki, soyulan məhkumlar, sosial məsafə qaydasına əməl etmədən əlləri əyilmiş şəkildə yan-yana oturublar. Dünya ictimaiyyətində ortaya çıxan görüntü gündəm yaradıb. 

Koronavirus epidemiyası ilə mübarizənin davam etdiyi ölkədə məhkumlara tətbiq olunan hücrə cəzasında sosial məsafənin qorunmadığı diqqət çəkib. Əlləri qandallanmış məhbuslar uzun cərgələr yaratmaq üçün bir-birinə yaxın oturublar. Bəzi məhbusların üzlərində maskalar olduğu da görüntülənib.

Səlahiyyətlilər, Salvadordakı həbsxanalarda 12 min 862 dəstə üzvünün olduğunu qeyd ediblər.

Digər tərəfdən 323 koronavirus yoluxmasının qeydə alındığı ölkədə 8 adamın həyatını itirdiyini bildirilib.