Çində meydana gələn yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu araşdırmaları aparanlardan biri də 2009-cu ildə yaradılmış "Predict" şirkətidir. ABŞ tərəfindən maliyyələşdirilən şirkətin işçiləri dünyada müxtəlif mağaralara girərək koronavirusun yeni növlərini kəşf edirlər.

Məlumata görə, artıq koronavirusun 500-dən çox növü aşkarlanıb. Qeyd olunub ki, hal-hazırda dünyada sürətlə yayılmağa davam edən "Covid-19" virusu bu araşdırmaçılar tərəfindən 2013-cü ildə kəşf olunub. Buna baxmayaraq virusa qarşı peyvənd tapılmayıb.

Koronavirusun ümumilikdə 15 min növü olduğu təxmin edilir. Eyni zamanda bildirilib ki, virusun bütün növləri yarasalarda aşkarlanır.