Artıq bir müddətdir ki, ABŞ və Çin hökümətləri arasında koronavirusla bağlı "mübahisə" davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Çin koronavirusa görə amerikalı bir velosipedçini günahlandırıb. Belə ki, virusun meydana gəldiyi Uhan şəhərində noyabr ayında Hərbi Dünya İdman Oyunları keçirilmişdi.

Amerikalı velosipedçi Maatje Benassi də həmin yarışa qatılmışdı. Çin höküməti və yerli media tərəfindən koronavirusu Çinə onun gətirdiyi iddia olunub.

Eyni zamanda ABŞ-ın ordusunda xidmət göstərən idmançı bunun cəfəngiyyat olduğunu və virusun heç bir əlamətini göstərmədiyini açıqlayıb. O bildirib ki, bu iddialar ucbatından həyatı təhlükə altına düşüb.