ABŞ-da son sutka ərzində daha 943 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 54 877-ə çatıb. Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da ümumilikdə 965 951 nəfər koronavirusa yoluxub.

Qeyd olunub ki, 107 045 nəfər müalicə olunaraq sağalıb.