Avropa ölkələrindən İsveçdə insanların şəxsi məlumatlarının saxlanılmasında yeni üsula əl atılıb.

Unikal.org "Haberglobal"-a istinadən xəbər verir ki, artıq vətəndaşların şəxsiyyət vəsiqəsi, bank kartları və hətta açarlara aid olan məlumatları da dəri altına yerləşdirilən kiçik çiplərdə elektron şəkildə daşıyacaq.

İndiyə qədər 4 min insanın barmağına çip yerləşdirilib. Bu çiplərə qatar bileti məlumatlarını da daxil etmək mümkün olacaq.