Türkiyədə son sutka ərzində daha 95 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 2 900-ə çatıb.

Eyni zamanda daha 2 131 nəfərin koronavirusa yoluxması ilə "Covid-19"-a yoluxanların sayı 112 261-ə yüksəlib.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 33 791 nəfər müalicə olunaraq koronavirusa qalib gəlib.