Ötən həftələrdə koronavirusa yolxduu aşkarlanan hamilə qadın övladını dünyaya gətirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə qərbi Afrika ölkələrindən olan Nigeriyada baş verib. 40 yaşlı koronavirus xəstəsi olan qadının 3,3 kq ağırlığında qız uşağı dünyaya gəlib.

Anasının pandemiyaya yoluxmasına baxmayaraq uşağın dünyaya gəlməsi hər kəsi sevindirib. Onu da qeyd edək ki, hələ ki uşağa koronavirus testi edilməyib.

O, bir müddət ailəsindən kənarda saxlanılacaq.