Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom koronavirusla bağlı yeni açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o dünyada koronavirusun bəlasının bitmə nöqtəsinə hələ çox qaldığını deyib. Tedros Adhanom bunu Cenevrədə keçirdiyi videokonfrans zamanı açıqlayıb.

O, koronavirusla bağlı uşaqların daha az risk altında olduqlarını vurğulasa da, yenə də bu və digər xəstəliklərə qarşı diqqətli olmağın vacib olduğunu bildirib.