Türkiyənin Çanakqala vilayətinin Ayvacık rayonunda 3,6 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 20.58-də yerin 6,13 kilometr dərinliyində baş verib.