Fransada koronavirusdan ölənlərin sayı hər gün artmağa davam edir.

Unikal.org xəbər verir ki, son sutka ərzində daha 437 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 23 293-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Naziri məlumat yayıb.

Onun sözlərinə görə, Xəstəxanalarda 14 497 nəfər, qocalar evlərində, digər tibb və sosial müəssisələrdə isə 8 796 pasiyent pandemiyanın qurbanı olub.