Afrika ölkəsi Uqanda da 883 məhbus yeni növ koronavirus (COVID-19) tədbirləri altında sərbəst buraxılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Uqanda Həbsxanalar Xidmətinin sözçüsü Frank Beyn jurnalistlərə açıqlamasında 883 məhkumun epidemiyanın yayılmasının qarşısını almaq və həbsxanaların sıxlığını azaltmaq üçün sərbəst buraxıldığını söyləyib.

Qeyd edək ki, ölkədə 79 nəfərdə COVID-19 yoluxması aşkar edilsə də, bu günə qədər virus səbəbiylə ölən olmayıb.